Tinatin Berdzenişvili “Aibi Mtiebi”nin şagirdləri ilə görüşüb. “Gələcəyi gör” yuxarı sinif şagirdləri üçün nəzərdə tutulmuş yeni layihədir və bu layihə çərçivəsində Birinci Kanalın baş direktoru Tinatin Berdzenişvili “Aibi Mtiebi”ni ziyarət edərək, humanitar məktəbin şagirdləri ilə maraqlı görüş keçirib.
Görüş televiziya peşələri ilə dərindən tanış olmaq hədəfinə xidmət edib, bu da gələcəkdə verilişlərin necə hazırlandığını, televiziya və radionun necə işlədiyini, yayımı təmin edən şəxslərin kim olduğunu və müasir dünyada uyğunlaşdırılmış televiziya və jurnalist peşəsinin necə olması ilə əlaqədar birbaşa televiziya məkanında praktiki fəaliyyətin formatını göstərməyi nəzərdə tutur.
Bugünkü görüş həm də “Aibi Mtiebi” və Birinci Kanal arasında gələcək əməkdaşlığın əsasını qoyub.
Görüş “Aibi Mtiebi”nin humanitar məktəbinin məsləhətçisi və müəllimi, Birinci Kanalın Qəyyumlar Şurasının üzvü Qia Murğulianın təşəbbüsü ilə təşkil edilib.