Tina Bokuchava – Mən Vahid Milli Hərəkatda qalıram və sonadək mübarizə aparacağam
“Mən Vahid Milli Hərəkatda qalıram və sonadək mübarizə aparacağam, Gürcüstan qalib gələcək”, – partiyanın sədri Tina Bokuchava sosial şəbəkədə yazıb.
“Jurnalistlərin zənglərini nəzərə alaraq, dünənki brifinqin sonunda dediklərimi bir daha aydın şəkildə izah etməyi lazım bildim: əlbəttə ki, mən Vahid Milli Hərəkatda qalıram və əlbəttə ki, sonadək mübarizə aparacağam. Gürcüstan qalib gələcək”, – deyə Bokuchava yazıb.
Məlumat üçün qeyd edək ki, Mixeil Saakaşvili iyunun 17-də sosial şəbəkədə belə yazmışdı: “Mənim Vahid Milli Hərəkatın sədri vəzifəsinə namizədim Nanuka Jorjolianidir”.
Daha sonra Tina Bokuchava bəyanat verərək bildirib ki, Mixeil Saakaşvilinin paylaşımı onun üçün məyusedici olub.
“Saakaşvilinin paylaşımı mənim üçün son dərəcə məyusedicidir. Belə impulsiv və ardıcıl olmayan qərarlar bizi bu gün olduğumuz vəziyyətə gətirib çıxarıb”, – deyə Bokuchava qeyd edib.