Tina Bokuçava - Salome Zurabişvilini tənqid etmək o demək deyil ki, biz İvanişvilinin çirkin oyunlarına qoşulacağıq
İnsan alveri ilə yalnız Bidzina İvanişvili məşğul olur. Onu heç bir şəxsin – nə prezidentin, nə də adi vətəndaşın taleyi narahat etmir, biz bunu gündəlik görürük– bu barədə “Milli Hərəkat”ın üzvü Tina Bokuçava danışıb.
O bildirib ki, “Milli Hərəkat” İvanişvilinin oyununu dəstəkləməyəcək”.
“Bu, İvanişvilinin bir tərəfdən mühüm məsələləri ört-basdır etmək cəhdi, digər tərəfdən isə Gürcüstanın Avropaya inteqrasiyasını sabotaj etməkdir. İvanişvili impiçment adlandırdığı sirkə başlayarkən bu iki vəzifəni rəhbər tutur. Bu, ölkənin Avropaya inteqrasiyasını sabotaj etmək və mühüm mövzuları ört-basdır etmək məqsədi daşıyan bir sirkdir. Cənab Bidzina, bu hiyləni yerinə yetirməkdə sizə kömək etməyəcəyik. Salome Zurabişvilini tənqid etmək o demək deyil ki, biz İvanişvilinin çirkin oyunlarına qoşulacağıq” -deyə Bokuçava bildirib.