Tina Bokuçava - Salome Zurabişvili ilə ölkənin Avropa gələcəyi çərçivəsində Saakaşvilinin azadlığından danışdıq, prezidentin yerinə onun əhvali-ruhiyyəsini izah etmə haqqını özümə tanımayacağam
Salome Zurabişvili ilə ölkənin Avropa gələcəyi çərçivəsində Saakaşvilinin azadlığından danışdıq, prezidentin yerinə onun əhvali-ruhiyyəsini izah etmə haqqını özümə tanımayacağam-bu haqda “Milli Hərəkat”ın üzvü Tina Bokuçava prezident Salome Zurabişvili ilə görüşdən sonra açıqlayıb.
“Prezidentin təşəbbüsü ilə Avropa gündəmi və Gürcüstanın yerinə yetirməli olduğu 9 şərtlə bağlı siyasi partiyalarla görüşlər keçirildi. Bu baxımdan “Vahid Milli Hərəkat”ın konkret baxışları, konkret layihələri var ki, biz bunu prezidentlə də bölüşmüşük. Bu doqquz şərtin mühüm hissəsi həmçinin prezident Saakaşvilinin azadlığıdır. Bu, məhkəmə islahatı, seçki prosesi, siyasi proseslərin depolarizasiyası və normallaşması ilə bağlıdır. Ona görə də təbii ki, biz ölkənin Avropa gələcəyi və gündəmi çərçivəsində prezident Saakaşvilinin azadlığından danışdıq.
Bizim tərəfimizdən bu məsələ çox prinsipialdır. Bu, təkcə şəxsi və ya partiya məsələsi deyil, ölkəmizin Avropa gələcəyi məsələsidir. Amma mən prezidentin yerinə onun əhvali-ruhiyyəsini izah etmə haqqını özümə tanımayacağam”- Bokuçava bildirib.