Tina Bokuçava - Korrupsiyaya qarşı mübarizə bürosu heç bir şəkildə korrupsiya ilə mübarizə apara bilməz, çünki onun institusional müstəqilliyi yoxdur və həmişə siyasi tapşırığı yerinə yetirəcək
Tina Bokuçava - Korrupsiyaya qarşı mübarizə bürosu heç bir şəkildə korrupsiya ilə mübarizə apara bilməz, çünki onun institusional müstəqilliyi yoxdur və həmişə siyasi tapşırığı yerinə yetirəcək

 
Korrupsiyaya qarşı mübarizə bürosu heç bir şəkildə korrupsiya ilə mübarizə apara bilməz, çünki onun institusional müstəqilliyi yoxdur. Bu büro hər zaman siyasi tapşırığı yerinə yetirəcək və “Gürcü Arzusu”nun yüksək məmurlarının korrupsiyasını araşdıra bilməz və araşdırmayacaq – bu haqda “Milli Hərəkat”ın üzvü Tina Bokuçava açıqlayıb.

Tina Bokuçavaya sualla müraciət ediblər: “Milli Hərəkat”ın öz lobbiçiləri amerikalı PR məsləhətçi Ceremi Rozneri yanlarına qoşublar və o, partiyaya Dünya Bankının araşdırmalarını bəyannamələr mövzusu ilə ört-basdır etməyi tövsiyə edib. Bunu necə qiymətləndirərdiniz”.

“Korrupsiya istiqamətində anlayış ondan ibarətdir ki, ölkədə praktiki olaraq “elit korrupsiya” ildən-ilə artır. Avropa İttifaqı da daxil olmaqla “elit korrupsiya”nın aradan qaldırılması tələb olunur. İnstitusional olaraq müstəqil antikorrupsiya bürosunun olması lazımdır, indi bizdə yoxdur. İndiki büro korrupsioner İrakli Ğaribaşvilinin özünün səlahiyyətindədir. Mən Ceremi Rozneri tanıyıram. İndi “Milli Hərəkat”ın onunla heç bir əlaqəsi yoxdur. Keçmişdə müəyyən münasibət olub, amma bu şəxslə müəyyən əlaqəm olsa da, o zaman hakimiyyətdə deyildim. Rus üslubunda ört-basdır edib təbliğat aparmağa gəlincə, qara PR-ın ustası Moşe Kluqhaftı işə götürən Bidzina İvanişvilidir. Onlar insanların yoxsulluğunu və çətinliyini, həmçinin korrupsiya və vətəndaşların problemlərini ört-basdır etməklə məşğuldurlar” – deyə Tina Bokuçava açıqlayıb.