Tina Bokuçava - iqtidar hakimlərin işlərinin üstünün örtülməsi məsələsində koordinasiyadadır, bu da təkcə parlamentin fəaliyyətsiz buraxılması deyil, həm də Avropa seçiminin təxribat edilməsidir
İqtidar hakimlərin işlərinin üstünün örtülməsi məsələsində koordinasiyadadır, bu da təkcə parlamentin fəaliyyətsiz buraxılması deyil, həm də Avropa seçiminin təxribat edilməsidir – bu haqda “Milli Hərəkat”ın üzvü Tina Bokuçava bildirib.
Bokuçavanın dediyinə əsasən, “Parlamentin institusional və funksional əhəmiyyətini, üçüncü gündür ki, parlament proseslərindən yayınan və qeydiyyatda iştirak etməyən, qorxmuş çoxluq əlindən alıb”.
“Parlament üçüncü gündür ki, iflic vəziyyətindədir. Nəinki komissiya məsələsi, hətta bütün digər qanunların səsverməsi də keçirilmir. Çünki qorxuya düşən çoxluq, ABŞ-ın sanksia tətbiq etdiyi, dörd hakim timsalında məhkəmə klanına sinə durmalıdır. Bu, artıq komissiyanın nəyi aşkar etmək istədiyini ortaya qoyur”, – Tina Bokuçava bildirib.
Məhkəmə ilə bağlı müvəqqəti istintaq komissiyasının yaradılması məsələsi üzrə səsvermə kvorum olmadığından bu gün də keçirilə bilmədi. Parlament çoxluğu yenə də qeydiyyatdan keçmədi. İqtidar komandasında qeyd edirlər ki, onlar məhkəmənin müstəqilliyini dəstəkləyirlər və gürcü hakimlərlə həmrəy olduqlarını deyirlər.