"Times" - Tbilisi, Avropanın ən canlı paytaxtı
"Times" - Tbilisi, Avropanın ən canlı paytaxtı

 
Yerli şərab, kanat yolu və gecə həyatı – Tbilisi Avropanın ikinci Berlininə çevrilir – Britaniyanın nüfuzlu “Times” nəşri Gürcüstanın turizm potensialı haqqında yazır.

Nəşrin jurnalisti Kris Şalk Milli Turizm Administrasiyasının press-turu çərçivəsində Gürcüstana səfər edib və paytaxtla bağlı təəssüratlarını “Times” qəzetinin oxucuları ilə bölüşüb.

“Sovet dövrünün anbarları və bir əsr əvvəl tikilmiş evlərdə təbii şərab içə biləcəyiniz müasir butik otellər və barlar var. Tbilisi artıq ikinci Berlin nüfuzuna malikdir, şəhər gecə klubları və barları ilə tanınır, lakin Tbilisi hipster üslubundan daha çox şeydir. İpək Yolu üzərində yerləşən şəhər monqol xanları, fars şahları və rus hökmdarları tərəfindən əldən-ələ keçmişdir. Onların hər biri şəhərin kaleydoskopik memarlığında və mədəniyyət tarixində öz izlərini qoyub. Burada orta əsr qalalarına, sovet binalarına, yol kənarındakı mehmanxanalara rast gələcəksiniz. Burada şəhər həyatını öyrəndikdən sonra Gürcüstanın qarla örtülmüş dağları, zamanda donmuş kəndləri sizi gözləyir və bütün bunlar qatar və ya avtomobillə olduqca yaxındır” -deyə “Times”ın jurnalisti yazır.

Məqalədə Qədim Tbilisi, kilsələr, etnoqrafik muzey, şərab muzeyi, şərab barları, quru körpü bazarı, iaşə obyektləri və mehmanxanalar təsvir olunub. Kris Şalk oxucuya Tbilisinin mərkəzinə piyada səyahət etməyi məsləhət görür, müxtəlif məhəllələrdə isə metro və avtobuslardan istifadə etməyi təklif edir.