Times Square-də NBA finalında New York Knicks-in qələbəsinin qeyd olunması iğtişaşa çevrilib.

14:03, 14.06.2026

Times Squaredə NBA finalında New York Knicks-in qələbəsinin qeyd olunması iğtişaşa çevrilib. Polis məlumatına görə, səhər saatlarında azarkeşlər 17 yaşlı bir yeniyetməni ayaq nahiyəsindən odlu silahla yaralayıblar.

Eyni zamanda, medianın məlumatına görə, şəhər küçələrinə çıxan minlərlə azarkeş dünya çempionatı matçından qayıdan avtobus karvanını mühasirəyə alıb. Bəzi insanlar avtobusların damlarına çıxıb salonlara daxil olublar, hətta bir avtobus yandırılıb.

Hadisə nəticəsində ən azı üç avtobus ciddi şəkildə zədələnib. Üç nəfərin saxlanıldığı bildirilir.

Məlumata görə, New York Knicks NBA çempionluğunu 1973-cü ildən sonra ilk dəfə qazanıb və finalda San Antonio Spurs-u məğlub edib.

Oxşar