"Times of Israel" - Benyamin Netanyahu Entoni Blinkenlə görüşü zamanı bu həftə Qahirədə keçirilməsi planlaşdırılan sammitə öz nümayəndələrini göndərəcəyini bildirib
"Times of Israel" - Benyamin Netanyahu Entoni Blinkenlə görüşü zamanı bu həftə Qahirədə keçirilməsi planlaşdırılan sammitə öz nümayəndələrini göndərəcəyini bildirib

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ dövlət katibi Entoni Blinkenlə görüşündə bu həftə Qahirədə keçirilməsi planlaşdırılan sammitə öz nümayəndələrini göndərəcəyini bildirib. Məlumatı “Times of Israel” yayır.

Medianın yazdığı kimi, komandaya Mossadın rəhbəri David Barnea, İsrail Təhlükəsizlik Xidmətinin rəhbəri Ronen Bari və İsrail Müdafiə Qüvvələrinin girov məsələlərinə cavabdeh olan Nitzan Alon rəhbərlik edəcək. Onların hər üçü ötən həftə Dohada keçirilən danışıqlarda iştirak edib.

Bununla yanaşı, ABŞ dövlət katibi ilə üç saatlıq görüşdən sonra Netanyahu açıq şəkildə ABŞ-ın təklif etdiyi təklifi dəstəklədiyini bildirib.

Paralel olaraq, İsrail Baş Nazirinin ofisinin Netanyahu ilə Blinkenin görüşü ilə bağlı yaydığı bəyanatda görüşün “müsbət” olduğu və “yaxşı atmosferdə” keçdiyi bildirilib.

Daha sonra Entoni Blinken İsrailin müdafiə naziri Yoav Qalantla görüşməyi planlaşdırır.