Tikinti təhlükəsizliyi qaydalarının pozulmasına görə cərimə 30 min lariyə qədər artacaq
Tikinti təhlükəsizliyi qaydalarının pozulmasına görə cərimə 30 min lari olacaq, – bu barədə paytaxt meri, Kaxa Kaladze jurnalıistlərə İrakli Kobaxidze ilə görüşdən sonra bəyan etdi. Görüşdə tikinti məsələləri barəsində söhbət edilirdi.
Kaxa Kaladzenin qeyd etdiyinə görə, tikinti təhlükəsizliyi ilə bağlı önəmli dəyişikliklər həyata keçiriləcək.
“Parlamentə dəstəklərinə görə, minnətdarlığımı bildirmək istəyirəm. Tikinti təhlükəsizliyi ilə bağlı önəmli dəyişikliklər həyata keçirəcəyik. Paytaxtda bir sıra tikinti işləri həyata keçirilir. Bizim üçün orada işləyən insanların təhlükəsizliyi çox önəmlidir. Bu gün bir pozuntu aşkar olunanda şirkətə xəbərdarlıq verilir və təkrar olunduğu təqdirdə yalnız 3000 lari ilə cərimələnir. Hazırlanmış dəyişikliklərə uyğun olaraq, elə ilk pozuntu halında cərimə 30 min lari olacaq”, – Kaxa Kaladze bəyan etdi.
Elə onun dediyinə görə, əgər tikiniti icazəsiz həyata keçirilərsə, cərimə 25 000 lari olacaq, özəl mülkiyyətə isə 20 min lari.
Görüşün başa çatmasında sonra Parlamentin sədri, İrakli Kobaxidze bəyan etdi ki, tikinti işləri və əmək təhlükəsizliyi ilə bağlı yeni qanunverici tənzimləmələri hazırlanacaq və parlamentə təhrik olunmuş “məhsulun təhlükəsizliyi məcəlləsinə” əlavə olunacaq.