Tikinti işləri zamanı əmək təhlükəsizliyinin yeni qanunverici tənzimləmələri hazırlanacaq
Tikinti işləri və əmək təhlükəsizliyi ilə bağlı yeni qanunverici tənzimləmələri hazırlanacaq və parlamentə təhrik olunmuş “məhsulun təhlükəsizliyi məcəlləsinə” əlavə olunacaq. Bu barədə qərarı hakim partiyada qəbul etdilər. Bu haqqda bu gün parlamentin sədri İrakli Kobaxidze və Tbilisi meri Kaxa Kaladze söhbət etdilər.
Kobaxidzenin bəyanatına görə, bu gün tikinti işləri və əmək təhlükəsizliyi ilə bağlı yekun məsləhətləşmələr keçirildi və bu təşəbbüs əsasında məsələyə aid olan qanunlayihəsinin müzakirəsi sürətləndirilmiş rejimdə baş verəcək.
“Bu bizim üçün həmişə ağrılı məsələdir və tikinti işlərin təlafat baş verir. Təhrik olunmuş qanunlayihəsinin məqsədi məsələnin düzgün tənzimləməsidir. İş sanksiyaların sərtləşdirilməsinə və administrasiyanın yaxşılaşdırılmasına aiddir. Həmçinin icazəsiz tikintilərə sanksiyalar nəzərdə tutulub. Tikintilərin yüksək tempini alqışlayırıq, lakin bu təlafatın xərcinə olmamamlıdır”, – Kobaxidze bəyan etdi.