Tibb və Əczaçılıq Fəaliyyətinin Tənzimlənməsi Agentliyi tərəfindən MMC “İmedi Klinika”sında qanunsuz tibbi fəaliyyətlə bağlı faktlar aşkarlanıb
Tibb və Əczaçılıq Fəaliyyətinin Tənzimlənməsi Agentliyi tərəfindən MMC “İmedi Klinika”sında qanunsuz tibbi fəaliyyətlə bağlı faktlar aşkarlanıb.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, nazirliyin müvafiq icazəsi olmadan tibb müəssisəsində iki azyaşlı xəstə üzərində cərrahi əməliyyat aparılıb.
“Sentyabrın 13-də Səhiyyə Nazirliyinin Tibb və Əczaçılıq Fəaliyyətinin Tənzimlənməsi Agentliyi tərəfindən müəssisədə yol verilən qanun pozuntuları və çatışmazlıqlar səbəbindən MMC “İmedi Klinika”sında cərrahi və reanimasiya xidmətlərinin göstərilməsi üçün icazə verilməsi dayandırılıb. Buna baxmayaraq, oktyabrın 2-də klinikada planlı cərrahi əməliyyatlar aparılıb ki, bu da qanunsuz tibbi fəaliyyətdir. Qanunsuz tibbi fəaliyyətə görə müəssisə 20 min lari məbləğində cərimə olunub”– nazirlikdən açıqlanıb.
Səhiyyə Nazirliyindən bildirilib ki, tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə sentyabr ayından reanimasiya və cərrahiyyə xidmətlərinin göstərilməsi üçün icazə şərtləri qüvvəyə minib. Standart sözügedən şöbələrin infrastrukturunun təşkili, avadanlıq, laboratoriya və diaqnostik tədqiqatlar, xüsusi əməliyyat prosedurları, xidmət keyfiyyəti və s. üçün müvafiq şərtləri müəyyən edir.