Tibb və Əczaçılıq Fəaliyyətinin Tənzimlənməsi Agentliyinin direktoru vəzifəsinə İrakli Mxeidze təyin edilib
Tibb və Əczaçılıq Fəaliyyətinin Tənzimlənməsi Agentliyinin direktoru vəzifəsinə İrakli Mxeidze təyin edilib.
İrakli Mxeidze bu vəzifədə Lika Çumburidzeni əvəzləyib.
Tənzimləyici qurumun məlumatına əsasən, İrakli Mxeidze 2022-2023-cü illərdə Məcburi Köçkünlər, Ekomiqrantlar və Dolanışıq Təminatı Agentliyinin direktoru vəzifəsini tutub. Bundan əvvəl o, həmin qurumun direktor müavini olub.
İllərlə özəl sektorda müxtəlif rəhbər vəzifələrdə çalışıb.