Tibb və Əczaçılıq Fəaliyyətinin Tənzimlənməsi Agentliyi tərəfindən koloproktologiya mərkəzində qanunsuz tibbi fəaliyyətlə bağlı faktlar aşkarlanıb
Tibb və Əczaçılıq Fəaliyyətinin Tənzimlənməsi Agentliyi tərəfindən MMC Gürcüstanın Koloproktologiya Mərkəzində qanunsuz tibbi fəaliyyətlə bağlı faktlar aşkarlanıb.
Tibb və Əczaçılıq Fəaliyyətinin Tənzimlənməsi Agentliyindən verilmiş məlumatda qeyd edildiyi üzrə, nazirliyin müvafiq icazəsi olmadan tibb müəssisəsində yeddi pasiyent üzərində planlaşdırılmış cərrahi əməliyyatlar aparılıb.
“Qeyd etmək lazımdır ki, Gürcüstanın Koloproktologiya Mərkəzi cərrahiyyə və reanimasiya xidmətlərinin göstərilməsi üçün icazə tələbi ilə Tibb və Əczaçılıq Fəaliyyətinin Tənzimlənməsi Agentliyinə müraciət etməyib. Müvafiq olaraq, müəssisənin cərrahi və reanimasiya xidməti göstərmək hüququ yoxdur” -deyə agentliyin məlumatında qeyd edilir.