Tibb və Əczaçılıq Fəaliyyətinin Tənzimlənməsi Agentliyi tərəfindən cari ildə qanunsuz əczaçılıq fəaliyyəti ilə bağlı 258 fakt aşkarlanıb
Tibb və Əczaçılıq Fəaliyyətinin Tənzimlənməsi Agentliyi tərəfindən cari ildə qanunsuz əczaçılıq fəaliyyəti ilə bağlı 258 fakt aşkarlanıb

 
Tibb və Əczaçılıq Fəaliyyətinin Tənzimlənməsi Agentliyi tərəfindən cari ildə 62 aptekdə qanunsuz əczaçılıq fəaliyyəti ilə bağlı 258 fakt aşkarlanıb.

Agentlik tərəfindən yayılmış məlumatda qeyd edildiyi üzrə, təftiş nəticəsində əczaçılıq müəssisələrinin icazəsiz və reseptsiz psixotrop vasitələrin satışı ilə məşğul olması müəyyən edilib.

“Görülən tədbirlər nəticəsində tənzimləyici agentlik tərəfindən avtorizasiyadan keçmiş apteklərdən 11 341 684 ədəd psixotrop dərman vasitəsinin reseptsiz satışı faktı aşkar edilib. Agentlik psixotrop dərmanların satışına icazəsi olmayan apteklərdən 97 753 ədəd dərmanı isə yığışdırıb.

Aşkar edilmiş qanun pozuntuları ilə bağlı inzibati xəta haqqında protokollar tərtib edilərək məhkəməyə göndərilib. Bundan başqa, Tibb və Əczaçılıq Fəaliyyətinin Tənzimlənməsi Agentliyi avtorizasiyadan keçmiş14 aptekdən 8-nin icazəsini ləğv edib, 12 əczaçının isə fəaliyyət hüququnu 3 il müddətinə dayandırıb.

Yuxarıda qeyd olunan qanunsuz əczaçılıq fəaliyyəti pozuntunun ağırlığından asılı olaraq 6000-16000 lari məbləğində cəriməni nəzərdə tutur. Həmçinin qanun pozuntusu ilə bağlı məlumat Maliyyə Nazirliyinin İstintaq xidmətinə göndərilib” – Tibb və Əczaçılıq Fəaliyyətinin Tənzimlənməsi Agentliyinin məlumatında qeyd olunur.