Tibb bacısı Meqi Bakradzenin ölümü məsələsi ilə əlaqədar Axaltsixenin “İmedi” klinikasının həkimi barəsində girov qərarı çıxarılıb
Tibb bacısı Meqi Bakradzenin ölümü məsələsi ilə əlaqədar Axaltsixenin “İmedi” klinikasının həkimi barəsində girov qərarı çıxarılıb

 

Tibb bacısı Meqi Bakradzenin ölümü məsələsi ilə əlaqədar Axaltsixenin “İmedi” klinikasının həkimi Violeta İnasarodze barəsində 4000 lari girov təyin edib. İclasda dövlət ittihamçısı 5000 lari girov qərarının verilməsi ilə bağlı vəsatət qaldırıb.

Prokuror sözügedən tədbirin şahidlərə təsir təhlükəsini təmin etdiyini bildirib.

Müdafiə tərəfi təqsirləndirilən şəxsin barəsində həbs-qətimkan tədbirinin görülməməsini xahiş edib.

Xatırladaq ki, prokurorluq təqsirləndirilən şəxsi insan təlafatı ilə nəticələnən pasiyentə yönəlik laqeydlikdə ittiham edir. Cinayət 3 ildən 5 ilədək həbsi nəzərdə tutur.