Tianeti-Axmeta-Ğvareli-Niniqori yolunda 11,5 km-lik hissənin bərpası davam edir
Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin sifarişi ilə Tianeti-Axmeta-Ğvareli-Niniqori yolunda 11,5 km-lik hissənin bərpası aktiv şəkildə davam etdirilir-deyə Yollar Departamenti məlumat yayır.
Bərpa proseslərinin aparıldığı yol Telavi Munisipalitetində yerləşir, Cuğaani kəndindən başlayır, Saniore , Napareuli kəndindən keçir və Şkariani kəndinin qovşağında bitir. Yolun yaxınlığında yaşayış evləri, həyətyanı sahələr, şərab müəssisələri, yanacaqdoldurma məntəqələri, ticarət sahələri və kənd təsərrüfatı sahələri var, müvafiq olaraq bu yolun saz vəziyyətdə olması yerli əhali üçün çox vacibdir.
“Mövcud yol ciddi şəkildə zərər görmüşdü və hərəkət intensivliyinin artması şəraitində yerdəyişməyə mane olurdu. Yolun bərpası layihəsi yol infrastrukturunun tam bərpasını nəzərdə tutur. Yolun hərəkət hissəsi abadlaşdırılacaq, su kəmərləri, küvet, avtobus dayanacaqları üçün pavilyonlar, sakinlərin həyətinə girişlər və yol nişanları yenilənəcək. Yolun hərəkət hissəsinin üfüqi nişanlanması aparılacaq. Bu mərhələdə 9 km. uzunluqda olan hissəyə asfalt-beton örtüyünün döşənməsi başa çatdırılıb. İşlərin 70%-ə qədəri tamamlanıb. Layihə dövlət büdcəsi hesabına maliyyələşdirilir və onun dəyəri 11 659 030 lari təşkil edir. İşlərin bu il başa çatdırılması planlaşdırılır”-deyə yayılmış məlumatda deyilir.