The Times - son həftə Vladimir Zeleneki qətlin üç cəhdindən xilas oldu, planı Ukrayna ilə müharibəyə qarşı çıxan Rusiya Təhlükəsizlik Xidmətinin əməkdaşları pozdular
Ötən həftə ərzində, Ukrayna prezidenti, Vladimir Zelenskini üç dəfə qətlə yetirməyə çalışdılar, lakin planı Ukrayna ilə müharibəyə qarşı çıxan Rusiya Təhlükəsizlik Xidmətinin əməkdaşları pozdular, – bu barədə məlumatı “Times” Britaniya nəşri yayır.
Nəşrin məlumatına görə, Ukrayna prezidentinin qətli üçün iki qruplaşma: “Vaqnerin” kirayələnmiş döyüşçüləri və Çeçenistan xüsusi təyinatlıları göndərildilər. Lakin planı Ukrayna ilə müharibəyə qarşı çıxan Rusiya Təhlükəsizlik Xidmətinin müəyyən elemntləri pozdular.
“Times”-ın məlumatına uyğun olaraq, “Vaqnerin” kirayələnmiş döyüşçüləri planı həyata keçirərkən itkiyə məruz qaldılar və deyirlər, təəccünlü idilər ki Ukraynalılar onların addımlarını nə qədər dəqiqliklə gözləyirdilər. Yayılan məlumata görə, Zelenskinin təhlükəsizlik komandası gözlənilən hücumla bağlı yaxşı məlumatlandırılmışdı. Ötən həftənin sonu, Kiyevin həndəvərində həmçinin Çeçenistan xüsusi təyinatlılarını məhv etdilər.