“The Guardian”nın məlumatına görə, axtarış-xilasetmə qrupları İran prezidentinin düşən helikopterini tapdılar
“The Guardian”nın məlumatına görə, axtarış-xilasetmə qrupları İran prezidentinin düşən helikopterini tapdılar

Axtarış-xilasetmə qrupları düşən helikopteri tapdılar, – bu barədə “Guardian” İran dövlət televiziyasına istinadən yazır.

Onların məlumatına görə, hazırda İran prezidenti İbrahim Rəisin və qöyərtədə olan digər şəxslərin vəziyyəti barədə məlumat yayılmır.

Xatırladaq ki, media İran prezidentinin helikopterinin qəzaya uğraması ilə bağlı məlumat yaydı. Bununla yanaşı, daha sonra İranın daxili işlər naziri bəyan etdi ki, İran prezidenti İbrahim Rəisinin helikopteri “ağır şəkildə eniş etdi”. Medianın məlumatına görə, Rəisi İran-Azərbaycan sərhəd bölgəsindən qayıdırdı və şimal-qərbdə yerləşən Təbriz şəhəri istiqamətinə gedirdi. İran və Azərbaycan prezidentləri bəndin açılış mərasimində iştirak etdilər.