“The Guardian”ın məlumatına əsasən, İran Rusiyaya sərhəd mübahisəsində Azərbaycanın tərəfində olmaması barədə xəbərdarlıq edib
“The Guardian”ın məlumatına əsasən, İran Rusiyaya sərhəd mübahisəsində Azərbaycanın tərəfində olmaması barədə xəbərdarlıq edib

İranın yeni islahatçı hökuməti Rusiyaya sərhəd mübahisəsində Azərbaycanın tərəfində olmaması barədə xəbərdarlıq edib. Bu barədə “The Guardian” məlumat yayır.

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi Moskvanın Azərbaycanın Ermənistan-İran sərhədində quru dəhlizlə bağlı tələbini dəstəkləməsindən sonra Rusiyanı tənqid etmək kimi qeyri-adi addım atıb.

“Regional sülh, təhlükəsizlik və sabitlik sadəcə üstünlük deyil, bizim milli təhlükəsizliyimizin sütunudur. Şimaldan, cənubdan, şərqdən və ya qərbdən qonşularımızın ərazi bütövlüyünə hər hansı təhdid və ya sərhədlərin dəyişdirilməsi cəhdi tamamilə qəbuledilməzdir və İran üçün qırmızı xəttdir”, – deyə Əraqçi sosial şəbəkədə yazıb.

“The Guardian” yazır ki, bu bəyanat İranın yeni seçilmiş hökumətinin Moskvaya qarşı daha sərt mövqe tutmağa hazır olduğunu göstərə bilər. Məqalədə qeyd olunub ki, Rusiya və İran strateji əməkdaşlıq sazişi imzalamağa hazırlaşır, hərçənd, onun məzmunu hələ də müzakirə mövzusudur. Rusiya ilə hərbi ittifaqı dərinləşdirmək müqabilində Tehranın hansı diplomatik haqqı ödəyə biləcəyi ilə bağlı İran hökumətində müəyyən gərginlik mövcuddur.

Bununla yanaşı, İran bu həftə  Moskvanın mövqeyinə görə narazılığını bildirmək üçün, Rusiya səfiri Aleksey Dedovu Xarici İşlər Nazirliyinə çağırıb. İranda bildirirlər ki, Moskvanın təşviqi ilə sərhədlərdə münaqişə yaranmasını istəmirlər.

“The Guardian”ın məlumatına görə, İran xarici işlər nazirinin bəyanatları Tehranın Moskvanın Azərbaycanın Naxçıvan anklavını birləşdirmək üçün Ermənistan üzərindən dəhliz açmaq çağırışını dəstəkləmək qərarından narazı olduğunun aydın işarəsidir. “The Guardian”a görə, İran tarixi olaraq Azərbaycan və Türkiyənin Naxçıvan Muxtar Respublikası ilə Azərbaycan arasında qondarma Zəngəzur dəhlizinin açılması cəhdlərinə qarşı çıxırdı, çünki Ermənistanın ən cənub vilayətindən keçəcək bu dəhliz İranın Ermənistana, sonra isə Avropaya çıxışına mane ola bilər.

“The Guardian”ın məlumatına görə, İranla Rusiya arasında mübahisənin təzələnməsinə səbəb Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Moskvanın dəhlizi dəstəklədiyi, Ermənistanın isə onun açılışını sabotaj etməsi ilə bağlı bəyanatı olub.