“The Guardian” bildirib ki, bundan sonra Elon Maskın sosial media platforması olan X-də paylaşım etməyəcək

16:47, 13.11.2024

Britaniyanın “The Guardian” qəzeti bundan sonra Elon Maskın sosial media platforması olan X-də paylaşım etməyəcəyini bildirib.

“Bu platformada həddindən artıq sağçı sui-qəsd nəzəriyyələri və irqçilik də daxil olmaqla, narahatedici məzmunun mövcudluğu və təbliği səbəbindən uzun müddətdir bu barədə düşünürük.” – nəşrin yaydığı bəyanatda deyilir.

“ABŞ prezidentlik kampaniyası yalnız X-nin zəhərli media platforması olduğunu və onun sahibi İlon Maskın siyasi diskurs yaratmaq üçün öz təsirindən istifadə etdiyinə inandığımızı vurğuladı.” – “Guardian”ın açıqlamasında deyilir.

Oxşar