Tğibuli Munisipalitetinin Orpiri kəndində ədliyyə evi tikiləcək
Tğibuli Munisipalitetinin Orpiri kəndində ədliyyə evi tikiləcək

 
Tğibuli Munisipalitetinin Orpiri kəndində ədliyyə evi tikiləcək. Ədliyyə Nazirliyi tərəfindən yayılmış məlumatda deyildiyi kimi, Orpirinin əhalisi dövlət və özəl sektorun 500-ə yaxın xidmətini rahat və müasir mühitdə alacaq. Hazırda Səyyar Ədliyyə Evinin xidmət göstərdiyi kənddə tezliklə ədliyyə evinin tikintisinə başlanılacaq.

Bu gün ədliyyə nazirinin müavini Erekle Ğvinianidze və İmereti bölgəsində dövlət müvəkkilinin müavini Levan Kiknavelidze yerli sakinlərlə birlikdə filial üçün ayrılmış əraziyə baş çəkiblər.

“Dövlət xidmətlərinə çıxış Ədliyyə Nazirliyinin prioritetidir. Bu məqsədlə 2012-ci ildən sonra ədliyyə evlərinin sayı 12-dən 121-ə yüksəlib, onlardan 24-ü birbaşa İmereti bölgəsində fəaliyyət göstərir. Rayon mərkəzlərindən uzaqda yerləşən 90 kəndin, o cümlədən İmeretinin 15 kəndinin əhalisinə xidmət göstərən “Səyyar Ədliyyə Evi” innovativ layihəsi tətbiq edilib. Yaxın günlərdə Tercola və Şroşinin ədliyyə evləri açılacaq. 2028-ci ilə qədər isə ölkə miqyasında filialların sayı 133-ə qədər artacaq” – yayılmış məlumatda deyilir.

Ədliyyə Evinin sədri Laşa Lobcanidze və Tğibuli Munisipalitetinin meri Davit Çerkezişvili Orpiridəki ədliyyə evinin tikiləcəyi yerdə olublar.