Teymuraz Kupatadzenin bəyan etdiyinə görə, ölkə miqyasilə aparılan tədbirlər nəticəsində, məhkəmə hökmü əsasında 20-dən artıq narkotik alverçisi yaxalanıb
Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin direktoru, Teymuraz Kupatadzenin bəyan etdiyinə görə, ölkə miqyasilə aparılan tədbirlər nəticəsində, məhkəmə hökmü əsasında 20-dən artıq narkotik alverçisi yaxalanıb.
Elə onun məlumatına görə, Poniçalada altı alverçi yaxalanıb.
“Tədbirlər müxtəlif böyük şəhərlərdə davam edir və günün sonuna kimi yaxalananların sayı artacaq. Müxtəlif narkotik vasitələr çıxarılıb, böyük və xüsusilə böyük miqdarda. Narkotik alverçiləri ilə müəyyən müddət ərzində işlər aparılırdı, bir neçə nəzarət alqısı həyata keçirildi, hansılar da audio və video şəklində lentə alınıbdır. Yxalananlar arasında necə kişilər, eləcə də qadınlar var. Yeniyetmələr bu mərhələdə yoxdur. Həmişə olduğu kimi, xarici ölkə vətəndaşları da var. İş üzrə araşdırma aparılır”, – Kupatadze bəyan etdi.