Teymuraz Qorcestan - Bazar günü, artıq yəqin ki, xanım prezident olacaq namizəd, mənim üçün anam olaraq qalacaq
İdman sarayında müstəqil prezident namizədi Salome Zurabişvilinin yekunlaşdırıcı seçkiqabağı görüşündə onun uşaqları Teymuraz və Ketevan Qorcestan iştirak edirdilər.
Görüşdə yığılan ictimaiyyətə Salome Zurabişvilinin oğlu Teymuraz Qorcestan müraciət etdi.
“Hər birinizə güclü dəstək üçün təşəkkür edirəm. Mən və bacım Ketevan Paris və Londondan gəldik, çünki bu bizim üçün xüsusi andır. Xanım Salome deyə müraciət etdiyiniz namizəd, hansı ki, ehtimala görə, bazar günü artıq xanım prezident olacaq, mənim üçün sadəcə anam olaraq qalacaq.
Ona “deda” (ana) deyirik, çünki bu söz bizi illər öncə uzaq düşdüyümüz Gürcüstanla bağlayan və ilk instinkt simvolu olan bir kəlimədir və mənim valideynlərimin əməyidir ki, biz öz ana dilimizi birinci olaraq qoruduq” – dedi Teymuraz Qorcestan.