Texas ştatının, Sazerlendsprinqs kilsəsində 26 nəfəri qətlə yetirən Devin Keli, 2012-ci ildə psixiatrik xəstəxanadan qaçıbmış
ABŞ-ın Texas ştatında, Sazerlendsprinqs baptist kilsəsində 26 nəfəri qətlə yetirən Devin Keli, 2012-ci ildə psixiatrik xəstəxanadan qaçıbmış.
Bu barədə məlumat polis hesabatında verilir. El Paso ofiserlərinin məlumatına görə, o zamanki qeydlərə əsasən, Devin Keli “Özü üçün və digərləri üçün təhlükə yaradırdı”. Psixiatrik xəstəxanaya isə, onu ABŞ hava qüvvələrində çalışdığı dönəmdə, həyat yoldaşına və oğluna zülm etdiyinə görə, yerləşdirmişdilər.
Hesabata görə, o zamanlarda, Devin Keli yanında çalışan əsgərləri də öldürməklə təhdid edirdi.
Yerli medyanın məlumatına görə, qatil həmin kilsədə, qətliyamdan beş gün öncə, uşaqları ilə bərabər payız festivalında iştirak edirdi.