Tetnuldidə qalan altın xarici turistdən biri vəfat etdi.
Fövqəladə Hallar İdarəsi Xidmətinin məlumatına görə, vəfat edən alpinistin cəsədi Sərhəd Polisi helikopterinin vasitəsilə ilə Mestiaya uğradıldı.
Bununla yanaşı, xilasedicilər Tetnuldidən iki xəsarət alan turisti təhlükəsiz şəkildə təxliyə etdilər.
“Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarəsı Xidmətinə Beynəlxalq Müşahidə və Axtarış Mərkəzindən “SOS” məlumatı daxil oldu ki, Tetnuldi zirvəsində bir qrup xarici turistin xilasedicilərin köməyinə ehtiyacı var.
Xəbər daxil olan kimi xilasetmə əməliyyatı planlaşdırıldı, turistlərin yeri müəyyən edildi, yanğınsöndürən və xilasedicilərdən ibarət qrup tam dağ avadanlığı ilə zirvə istiqamətinə piyada yola düşdü. Çətin coğrafi mövqeyə görə, xilasetmə əməliyyatına Sərhəd Polisinin helikopterinin cəlb edilməsi barədə qərar qəbul edildi. Çətin hava şəraiti ilə əlaqədar helikopterlə xilasetmə əməliyyatı bu gün səhər həyata keçirildi. Xilasedicilər artıq iki yaralı alpinistin təhlükəsiz təxliyyəsini həyata keçirdilər. Xarici vətəndaşlar tibb müəssisəsinə yerləşdirilib, onların həyat və sağlamlıqları üçün təhlükə yoxdur”, – Fövqəladə Hallar Xidmətində bəyan etdilər.