Avroparlamentdə işləyən tərcüməçilər və bir neçə deputat parlament iclasını pozdular.
Onlar texniki avadanlıqları zəbt etdilər və səs operatorlarına zala girib, mikrofonları qurmağa imkan vermirdilər.
Buna görə, Bolqariyanın baş-naziri Boiko Borisovun nitqlə çıxışı baş tutmadı.
Boiko Borisov boş zalda çıxış etməli oldu, çünki, iştirak etməsi gərəkənlərin əksəriyyəti iclasa gəlmədilər.
Avrokomissiyanın prezidenti Jan Klod Yunker bu hərəkətin normal olmadığını bəyan etdi və tərçüməçilərə yardım edən deputatları sərt şəkildə tənqid etdi.
“Bu normal hərəkət deyil və nöqtə!” – dedi Jan Klod Yunker.
Onun dediyinə görə, belə bir hərəkəti Angela Merkelə və Emanuel Makrona qarşı kimsə edə bilməzdi.
Keçən ay, Avroparlamentin iclaslarını 24 dilə tərcümə edən tərcüməçilər etiraz aksiyasına başladılar. Onlar şəraitlərinin yaxşılaşdırılmasını tələb edirlər.