Tereza Mey vəzifəsindən istefası haqqında bəyanat verərkən ağladı [Video]
Tereza Mey Böyük Britaniyanın baş nazir vəzifəsindən istefası haqqında bəyanat verərkən ağladı.
“Birlikdə dururuq və birlikdə böyük gələcəyimiz var. Bu ölkənin fəxr edəcəyi şeylər çoxdur və gələcəyə optimist baxmalıyıq. Mənim üçün fəxr edici faktdır ki, ikinci qadın baş nazirəm və əminəm ki, son olmayacam. Təşəkkür edirəm ki, mənə çox sevdiyim ölkəmə xidmət etmək imkanı verildi” – dedi Tereza Mey.
Vəzifəsini tərk etməsi ilə bağlı bəyanatı Tereza Mey konservativ komitənin rəhbəri Qrehem Bredi ilə görüşdən sonra verdi.
Tereza Meyin dediyinə görə, o iyunun 7-də istefa edəcək.