Tereza Mey İran prezidenti ilə görüşdü
Tereza Mey İran prezidenti ilə görüşdü

Böyük Britaniyanın baş naziri İran prezidenti ilə görüşdü.

Tereza Mey və Hasan Ruhani arasındaki danışıqlar BMT-nin Baş Assambleyası çərçivəsində keçirildi.

Britaniya medyasının məlumatına görə, görüş zamanı Tereza Mey İranda həbs edilən humanitar təşkilatların Britaniyalı əməkdaşlarının azad edilməsi məsələsini qaldırdı. Ancaq danışıqların əsas mövzusu yenə də, İrana qarşı qoyulan sanksiyalar idi.

Avropa İttifaqı 2015-ci ildə formalaşdırılan nüvə razılaşmasını qorumağa çalışırdı. Bu məsələ ilə bağlı Britaniyanın mövqeyi də eynidir.

Qeyd olunmalıdır ki, Tereza Mey və Ruhaninin görüşü, Donald Trampın İran lideri ilə danışıqları rədd etməsindən sonra baş tutdu.