Tereza Mey – ABŞ, Böyük Britaniya və Fransanın qərarı düzgün və qanuni idi
Böyük Britaniyanın Baş naziri xüsusi bəyanat yayır. Tereza Meyin dediklərinə görə, Suriyanın Duma şəhərində, Əsəd rejimi tərəfindən istifadə olunan kimyəvi silah barədə Böyük Britaniya, ABŞ və Fransa məlumatlı idi.
Meyin sözlərinə görə, kimyəvi hücuma məruz qalan vertolyot, Suriya ordusuna aid idi və Suriya müxalifəti bənzər avadanlığa sahib deyil.
Onun bəyanatına görə, ABŞ, Böyük Britaniya və Fransanın qərarları düzgün və qanuni idi.
Böyük Britaniyanın Baş nazirinin verdiyi məlumata görə, bir il öncə, ABŞ tərəfindən keçirilən hərbi hücum, gecə keçirilmiş hücumdan daha da iri miqyasda idi.