Tenqiz Tsertvadze - Xoşbəxtlikdən, koronavirus piki keçib getdi
Tenqiz Tsertvadze - Xoşbəxtlikdən, koronavirus piki keçib getdi

Xoşbəxtlikdən, koronavirus piki keçib getdi, – Bu barədə bəyanatı İnfeksiya Patologiyası və AİDS Mərkəzinin baş direktoru Tenqiz Tsertvadze Gürcüstanın Birinci Kanalına verdi.

Tsertsvadzenin dediyinə görə, yeni ilin öncəsi periodda əhali hər zamankindən daha mobilizasiyalı idi və requlyasiyalara daha çox diqqət edirdi.

“Aktiv infeksiyanın gündə 30 min halı olurdu. Səhiyyə sistemi böyük yük altında qalmışdı. Ancaq, xoşbəxtlikdən, pandemiya piki ötüb keçdi. Koronavirus halları 3-4 dəfə azaldı. Əgər gündə 5000 idisə, indi 1000 ya da 2000-dir.

Görünür ki, yeni il günlərində, əhali requlyasiyalara diqqət etdi etdi və 10-12 gün keçməsinə rəğmən, virus hallarının artması müşahidə olunmur.

Səhiyyə sisteminin məqsədi odur ki, məhdudiyyətlərin aradan qaldırılmasından sonra, requlyasiyalar qorunsun. Məhdudiyyətlərin nə zaman qaldırılacağını bilmirəm, ancaq, qaldırılsa da, requlyasiyalar qorunmalıdır. Yaxşıdır ki, əhalimiz nəhayət tibbi maska taxmağı öyrəndi” – dedi Tenqiz Tsertvadze.