Tbilisinin Yoluxucu Xəstəliklər Klinikasının rəhbəri Tenqiz Tsertsvadzenin koronavirusa yoluxması təsdiqlənib. Bu barədə Gürcüstanın Birinci Kanalına klinikanın ictimaiyyətlə əlaqələr xidmətindən məlumat verilib.
Verilmiş məlumatda, xəstəliyin gedişatının orta ağırlıqda olduğu və müalicəyə tabe olduğu deyilir.
Xatırladaq ki, ilk dəfə 2020-ci ilin noyabrında Tenqiz Tsertsvadzenin “Covid-19”a yoluxması təsdiqlənmişdi.