İmmunoloq, professor, tibb elmləri doktoru Tenqiz Tsertsvadze 76 yaşında vəfat edib.
Bu haqda məlumatı Gürcüstanın Birinci Kanalına yaxınları təsdiqləyiblər. Onların verdiyi məlumata əsasən, Tenqiz Tsertsvadze son vaxtlarda xəstə olub.
Tsertsvadze İnfeksion Patologiya, QİÇS və Kliniki İmmunologiya Mərkəzinin baş direktoru, Nyu-York Elmlər Akademiyasının üzvü, Amerikanın İnfeksion Xəstəliklər Cəmiyyətinin üzvü, Şərəf ordeni və Prezidentin Fəxri Ordeninin kavalyeri olub. 2020-ci ilin oktyabrın 3-də COVID-19 pandemiyası ilə mübarizə aparan səkkiz həkimlə birlikdə o, Tbilisinin fəxri vətəndaşı adına layiq görülüb.