Tenqiz Tsertsvadze - koronavirusa yoluxma hallarında artım olacağını və payızda pik həddə çatacağını gözləyirəm, biz peyvəndləmə prosesini aktivləşdirməliyik
Tenqiz Tsertsvadze - koronavirusa yoluxma hallarında artım olacağını və payızda pik həddə çatacağını gözləyirəm, biz peyvəndləmə prosesini aktivləşdirməliyik

Biz peyvəndləmənin əhatə dairəsi kiçik olan ölkəyik və bütün tənzimləmələr ləğv edilib. Koronavirusa yoluxma hallarında artım olacağını və payızda pik həddə çatacağını gözləyirəm- bu barədə Tbilisinin Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tenqiz Tsertsvadze bildirib.

O, yoluxma hallarındakı artımın dramatik olmayacağını bildirib.

“Son zamanlarda bütün dünyada yeni yoluxma hallarının və ölümlərin sayında kəskin artım var. Təəssüf ki, son vaxtlar bizdə də yeni yoluxma hallarının sayı artdı, cəmi iki həftə əvvəl 50-60 yeni yoluxma halı var idisə, bu gün 600-dən çox yeni yoluxma halı var. Ölkəmizdə ölüm göstəricisi çox aşağı, praktiki olaraq sıfır məxrəcdə saxlanılır. Son üç ayın göstəricilərinə əsasən, Amerika, Avropa, İsrail, Avstraliya və Yaponiya ilə müqayisədə Gürcüstanda bir milyon nəfərə düşən ölüm halları çox azdır. Biz bu vəziyyəti qoruyub saxlamağa çalışmalıyıq. Yoluxma hallarının sayı baxımından proqnoz belədir ki, biz peyvəndləmənin əhatə dairəsi kiçik olan ölkəyik və bütün tənzimləmələr ləğv edilib. Bütün bunlara görə şəxsən mən yoluxma sayında artım olacağını və bu artımın, məncə, payızda pik həddə çatacağını gözləyirəm. Nə sunami, nə də gündə 26,000 yeni yoluxma halının qeydə alındığı ilin əvvəlində olduğu kimi dramatik artım gözləmirik. Fikrimcə, ölçülü artım olacaq”-deyə Tsertsvadze bildirib.

Tenqiz Tsertsvadze peyvəndləmə prosesinin aktivləşdirilməli olduğunu bildirib.

“Biz artımdan tamamilə qaça bilmərik, lakin bunun minimal və orta səviyyədə olması üçün olduqca minimal olan peyvəndləmə prosesini aktivləşdirməliyik. Tənzimləmələrin bizi hazırda heç bir şey etməyə məcbur etməməsinə baxmayaraq, təcrübə bizə göstərdi ki, heç olmasa munisipal nəqliyyatda, tibb müəssisələrində və insanların sıx toplaşdığı yerlərdə maskadan istifadə etmək arzuolunandır. Əgər buna nail olsaq, o zaman say artımını da məhdudlaşdıracağıq” -deyə Tsertsvadze bildirib.