Berlində keçirilən beynəlxalq “Yaşıl Həftə 2024” adlı sərgi çərçivəsində, Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı nazirinin müavini Tengiz Nasaridze Latviya kənd təsərrüfatı naziri Armands Kruse ilə görüşdü.
Ətraf Mühitin Mühafizəsivə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə qeyd olunub ki, Latviyanın Avropa İttifaqına gedən yolda Gürcüstanın daimi tərəfdaşı olacaq. İki ölkə arasındakı Agro məhsullarla ticarətin yaxşılaşdırılması və bu mövzuda əməkdaşlığın əhəmiyyəti vurğulanmışdır.
“Gürcüstan bu yaxınlarda Avropa İttifaqına üzv olmaq üçün namizəd statusu almışdır. Avropaya doğru vacib addımlar atırıq və Latviya bu yolda vacib dəstəkçimiz və tərəfdaşımızdır. İki ölkə arasında idxal-ixracat baxımından uğurlu əməkdaşlıq və zamanla inkişaf edən tərəfdaşlıq var; Gürcüstandan Latviyaya şərab, alkoqolsuz içkilər, saf su ixrac edir. Müxtəlif istiqamətlərdə əməkdaşlığı dərinləşdirməyə hazırıq”, – Tengiz Nasaridze bəyan edib.
Müəllif -
Mehemmed Bayramaliyev