Temur Mğebrişvili - cəsədin tapıldığı çay yatağının yaxınlığında axtarış-xilasetmə sahəsinin daha da genişləndirilməsi üçün səfərbərlik gedir
Cəsədin tapıldığı çay yatağının yaxınlığında axtarış-xilasetmə sahəsinin daha da genişləndirilməsi üçün səfərbərlik gedir-bu barədə Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin rəhbəri Temur Mğebrişvili jurnalistlərə açıqlayıb.
O, yanğınsöndürən-xilasedicilərin meyiti torpaq kütləsi ilə işləyərkən aşkar etdiklərini deyib.
“Çay yatağında qadın cəsədi, eləcə də insan fraqmenti görünüb. Axtarış-xilasetmə ərazisinin daha da genişləndirilməsi üçün qeyd olunan lokasiyada əlavə səfərbərlik gedir. Bu gün artıq 10 lokasiyada axtarış işləri davam etdirilir, Müdafiə Nazirliyindən metalın aşkarlanması məqsədilə, avtomobil fraqmentləri və avtomobilin özünün axtarışı istiqamətində ərazilərə baxış keçirmək üçün xüsusi avadanlıq almışıq. İşlər aktiv olaraq aparılır” – Temur Mğebrişvili açıqlayıb.
Oni Munisipalitetində axtarış-xilasetmə işləri altıncı gündür davam edir. İşlərə polis bölmələri, Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin yanğınsöndürən-xilasediciləri, kinoloqlar qrupu, sərhəd polisinin helikopterləri, pilotsuz uçuş aparatları və xüsusi texnika cəlb olunub. Təbii fəlakət zonasında Müdafiə Nazirliyinin və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin əməkdaşları da işləyirlər.