Temur Mğebrişvili - helikopterlərin alınması prosedurlarına başlanılıb, təchizatçı ilə aktiv əlaqə ilə ilin sonuna qədər bir yeni helikopterin çatdırılmasına qərar verilib
Helikopterin köməyi ilə hansı tədbirləri görməli idiksə, mən tam məsuliyyətlə bəyan edirəm ki, bütün tədbirlər 100 faiz yerinə yetirilib -bu barədə Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin rəhbəri Temur Mğebrişvili jurnalistlərə açıqlayıb.
Temur Mğebrişvili artıq Daxili İşlər Nazirliyi tərəfindən satınalma prosedurlarına başlanılan helikopterlərə də münasibət bildirib. Mğebrişvilinin qeyd etdiyi kimi, təchizatçı şirkətlə aktiv əlaqə nəticəsində bu ilin dekabrında ölkəyə bir yeni xilasedici helikopterin verilməsi qərarı verilib.
“Bir daha xüsusilə vurğulamaq istərdim ki, helikopterin görməli olduğu iş nə idisə və helikopterin köməyi ilə biz hansı tədbirləri görməli idiksə, mən bir daha tam məsuliyyətlə bəyan edirəm ki, bütün tədbirlər 100 faiz yerinə yetirilib” – Temur Mğebrişvili qeyd edib.