Temur Mğebrişvili - fəlakət bölgəsində biz insan və texniki imkanlar daxilində hər şeyi edirik, iş dayanmır
Axtarış işləri intensiv şəkildə davam edir, dünən gecə saatlarına qədər nazir tərəfindən əməliyyat müşavirəsi keçirildi, biz nazirdən hansı konkret tədbirlərə diqqət yetirməli olduğumuz barədə göstərişlər aldıq – deyə fövqəladə halların idarə olunması xidmətinin rəhbəri Temur Mğebrişvili bildirib.
Onun sözlərinə görə, Ambrolauriyə qədər 18 sektora bölünmüş çay yatağında da kəşfiyyat işləri aparılır.
“Bu gün “Hyundai” markalı avtomobil görünüb, orada bizdə olan məlumata görə, 3 nəfər olub. Hazırda konkret yerlərdə iş gedir. Onu da əlavə edim ki, təbii fəlakətin episentrinin əsas hissəsi işlənib, yoxlanılıb, təxminən 25-26%-i qalıb, düşünürük ki, iki günə tam yoxlayacağıq. Bundan sonra təhlil əsasında bəzi fikirlərimiz var və daha sonra sizə məlumat verəcəyik. Biz buradayıq, insan və texniki imkanlar daxilində işləyirik və hər şeyi edirik”, – Mğebrişvili bildirib.