Temur Mğebrişvili - əlaqə saxlamaq mümkün olmayan həmin şəxslərin ailə üzvləri fəlakətin episentrini görmək istəklərini bildirdilər, biz özümüzü bu istəyi təmin etməyə borclu hesab etdik
Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin rəhbəri Temur Mğebrişvili deyir ki, indiyədək əlaqə saxlamaq mümkün olmayan həmin şəxslərin ailə üzvləri ilə görüşüblər.
Mğebrişvilinin sözlərinə görə, onlar təbii fəlakətin episentrini birbaşa görmək istəklərini bildiriblər və arzularını yerinə yetirəcəklərini qeyd ediblər.
“Biz hazırkı proseslər, hansı işlərin getdiyi, fəlakətin episentrində vəziyyətin necə olması barədə məlumat vermişik. Onlar təbii fəlakətin episentrini birbaşa görmək istədiklərini bildiriblər. Onlar öz arzularını bildirdilər və biz özümüzü bu arzunu yerinə yetirməyə borclu hesab etdik”, – Temur Mğebrişvili bildirib.