Temur Mğebrişvili - bütün dövlət qurumları həm canlı qüvvə, həm də xüsusi texnika ilə fəlakət zonasına səfərbər olunub
Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin rəhbəri Temur Mğebrişvilinin sözlərinə görə, bütün dövlət qurumları Oni bələdiyyəsində, təbii fəlakət zonasında həm canlı qüvvə, həm də xüsusi texnika və qurğularla səfərbər olunub.
Onun sözlərinə görə, axtarış-xilasetmə əməliyyatı çərçivəsində bu gün xilasedicilər tərəfindən yeniyetmənin meyiti tapılıb.
“Fəlakət zonasında səhər saatlarında yeniyetmənin meyitini tapmaq və morqa aparmaq mümkün olub. Hazırda axtarış-xilasetmə tədbirləri davam etdirilir. Biz perimetri tədricən genişləndiririk, fəal şəkildə əməliyyat-axtarış tədbirləri həyata keçiririk. Yolun 70 faizi qurulub və işlər hələ də davam edir”, – Temur Mğebrişvili bildirib.
Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin rəhbəri Temur Mğebrişvili xilasetmə tədbirlərində iştirak etmək arzusunda olan vətəndaşlara növbəti dəfə müraciət edib.
“Bilirsiniz ki, baş nazir təbii fəlakət bölgəsində olarkən fövqəladə iclas keçirildi, bütün aidiyyəti dövlət qurumlarına tapşırıqlar verildi, ona görə də bütün dövlət qurumları istər canlı qüvvə, istər xüsusi texnika, istərsə də digər xüsusi vasitələrlə səfərbər olundu. Bir daha təkrar etmək istəyirəm, gündəliyə ehtiyac yoxdur”, – Temur Mğebrişvili bildirib.