Temur Mqebrişvili - 62 vətəndaş fəlakət zonası olan Quriyada təhlükəsiz zonaya köçürülüb, vertolyot lazım olarsa, hazırıq
Quriya bölgəsində, təbii fəlakət zonasında Daxili İşlər Nazirliyinin fövqəladə hallar idarəsi xidmətinin yanğınsöndürənləri və xilasediciləri fövqəladə rejimdə işlərini davam etdirirlər.
Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidmətinin rəisi Temur Mqebrişvilinin təbii fəlakət bölgəsində jurnalistlərə verdiyi məlumata görə, xilasetmə tədbirləri gecə boyu davam edib və indiki mərhələdə fəal şəkildə davam etdirilir.
“62 vətəndaş xilasedicilər tərəfindən həm qayıqlar, həm piyada, həm də avtonəqliyyat vasitəsi ilə təhlükəsiz əraziyə çatdırılıb. Hazırda oxşar tədbirlər keçirilir. Daxili İşlər Nazirliyinin bölmələri səfərbər olunub. İstər ağır texnika, istərsə də yanğınsöndürənlər istiqamətində səfərbərlik aparılıb. Əgər helikopterə ehtiyac yaranarsa, biz hazırıq”, – Temur Mqebrişvili bildirib.
Müəllif -
Mehemmed Bayramaliyev