Temur Kupatadze - bu vaxt üçün ölkə miqayası ilə ondan çox narkotik alverçisi həbs olunub, günün sonuna yaxalananların sayı ən azı iki dəfə artacaq
Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin direktoru Teimuraz Kupatadzenin məlumatına görə, bu vaxt üçün ölkənin müxtəlif lokasiyalarında narkotik vasitələrin alverində ittiham olunan ondan çox insan həbs edilib.
Kupatadzenin jurnalistlərə bəyan etdiyinə görə, günün sonuna yaxalananların sayı ən azı iki dəfə artacaq.
“Narkotik alverçilərinə qarşı kompromissiz mübarizə davam etdirilir. Bu gün bütün ölkə miqyası ilə, müxtəlif şəhərlərdə, o cümldədən Tbilisidə, Poniçalada, dörd lokasiyada, hakimin hökmü əsasında, ondan artıq narkotik alverçisi həbs edilib. Tədbir davam edir. Müxtəlif növ narkotik vasitəsi aşkar edilib və əminəm ki, günün sonuna yaxalananların sayı ən azı iki dəfə artacaq”, – Kupatadze bəyan etdi.
Elə onun dediyinə görə, yaxalanalar arasında necə xarici ölkə vətəndaşları, eləcə də qadınlar var.
Tbilisidə, Poniçalada xüsusi əməliyyat artıq bir neçə saatdır davam edir. Mövcud məlumatla, xüsusi əməliyyat bütün ölkə miqyası ilə, müxtəlif lokasiyalarda aparılır.