Birinci Kanalın məlumatına görə, Marneulinin meri Temur Abbazovdan başqa yenə dörd nəfər məsuliyyətə cəlb olundu, onlardan üçü yerli icra hakimiyyətinin üzvləridir.
Həbs edilən şəxslər Marneuli sakini E.A.-ya qarşı qrup şəklində qeyri-insani rəftar etməklə ittiham edilirlər.
Qrup şəklində, qeyri insani rəftara məruz qalan Marneuli sakini sorğuya aparıldı.
Hüquqmühafizəçilərin verdiyi məlumatına görə, E.A. sorğuya şahad statusu ilə aparılıb.
Qeyd olunan şəxs bir neçə gün bundan öncə Zaza Saralidzeyə dəstək aksiyasında Marneuli meri Temur Abbazovun və Bidzina İvanişvilinin ailəsinə qarşı senzurasız ifadələrdən istifadə etdi. Sonra isə, sosiyal şəbəkədə video yayıldı, hansında ki, həmin şəxs təhqir etdiyi insanlardan üzr istəyirdi.
Məsələ ilə bağlı Marneuli meri Temur Abbazov həbs edildi.
Abbazov dünən gecə saatlarında prokurorluqda sorğudaydı, ondan sonra isə, prokurorluq onu həbs etməyə qərar verdi.