Temka polis idarəsi yaxınlığında etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma olub, bir neçə nəfər həbs edilib
Temka polis idarəsi yaxınlığında etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma olub.
Mövcud məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları qarşıdurma ilə nəticələnən aksiyanın bir neçə iştirakçısını maska taxdıqlarına görə həbs ediblər.
Patrul Polis İdarəsinin Baş İdarəsinin rəis müavini Qoqa Memanişvilinin sözlərinə görə, saxlanılanların dəqiq sayı daha sonra açıqlanacaq.
“Həbs zamanı o qədər polis lazım olacaq, o qədər polis həbs edəcək. Onlar maskalı idilər, qadın idi, kişi idi – biz öyrənəcəyik. Saxlanılanların sayını dəqiq bilmirəm, sonra deyəcəm”. – Memanişvili bildirib.
Məlumat üçün bildirək ki, aksiya iştirakçıları əvvəlcə “Saracişvili metrosu”na toplaşıb, daha sonra Temka polis idarəsi istiqamətində yürüş ediblər.