Temirlan Maçalikaşvilinin atası Vaxtanq Qomelauri ilə görüş tələb edir
Xalq müdafiyəçisi Nino Lomcaria Temirlan Maçalikaşvilinin işi ilə bağlı istintaq və ailə arasında vasitəçi rolunu təklif edir ki, istintaq tərəfindən Maçalikaşvilinin ailə üzvlərinə, onun teror qruplaşması ilə əməkdaşlığını təsdiqləyən dəlillər təqdim edilsin.
Bu barədə bəyanatı Nino Lomcaria Duisi kəndində Temirlan Maçalikaşvilinin ailəsi ilə görüşdükdən sonra verdi.
Nino Lomcarianın dediyinə görə, bu iş ilə bağlı bir çox suallar mövcuddur və birçox şey aydın deyil.
Maçalikaşvilinin ailəsi ilə xalq müdafiyəçisinin görüşü qapalı qapı arxasında bir saatdan artıq davam etdi.
“Xalq müdafiyəçisinə də dedim ki, istintaq aparılmalıdır və Qomelaurinin idarəsi etdiklərinə görə, cavab verməlidir. Mən Qomelauri ilə görüşüb, ondan soruşmaq istəyirəm, nəyə görə iyrənc yalanlar yayır” – dedi Malxaz Maçalikaşvili.