Təmbəkinin sabahdan harada çəkilməsi qadağan olunur - obyektlərin siyahısı
Gürcüstanda təmbəkinin istifadəsinə məhdudiyyətlər və qaydaların pozulmasına görə nəzərdə tutulan cərimələr sabahdan işə düşəcək.
Gürcüstan Parlamenti “təmbəkinin nəzarəti haqqında” qanunu keçən ilin mayında təsdiq etdi.
Qanunvericiliklə, təmbəkinin çəkilməsi istənilən tikili-binada, ictimai toplaşma məkanlarında, ictimai nəqliyyatda və stiadionlarda qadağan olunur.
Təmbəkinin istifadəsi qadağandır:
Taksi və katerdən başqa, ictimai nəqliyyatda;
Təlim-tərbiyə müəssisələrində, kitabxanalarda, uşaqların əyləncə mərkəzlərində;
Tibb və əczaçılıq müəssisələrində;
Yanacaq doldurma məntəqələrində;
Təmbəkinin istifadəsi mümkündür:
Fiziki şəxsin yaşayış yerində;
Təmbəki tüstüsünü öyrənən xüsusi laboratoriya cihazında;
Penitensial müəssisələrdə;
İlkin təcridxanada;
Stasionar psixiatrik müəssisələrində;
Aeroportun tranzit zonasında xüsusi ayrılmış otaqda;
Siqarabar və kazinoda.