Televiziya yayımının 65 ili - Gürcüstanın Birinci Kanalının 65 yaşı tamam oldu
Televiziya yayımının 65 ili - Gürcüstanın Birinci Kanalının 65 yaşı tamam oldu

Gürcüstanın ilk televiziyası yubileydir.  1956-cı il 30 dekabrda, düz 65 il əvvəl Lia Mikadze və Aleksandra Maçavariani funikulyorda Mtatsminda qülləsi yaxınlığındakı diktor model studiyasından ilk canlı yayıma rəhbərlik edirdilər.

Mavi ekran düz 20:00-da yanıb. Telestudiya əvvəlcə bir gündən bir yayımlanırdı. On ildən sonra televiziya yeni ünvana, Kostava küçəsi 68 ünvanında mövcud olan binaya köçdü. Miqyas və əhatə dairəsi artdı. Xəbər xidməti telekanalda ötən əsrin 60-cı illərinin sonlarında peyda olub. “Son xəbərlər” 1968-ci ildə dəyişdirilərək “Moambe” adlandırıldı.

Bu gün İctimai Yayımçı Gürcüstanın Birinci Kanalını, Teleməktən, Gürcüstan Radiosunu və 1tv.ge veb platformasını özündə birləşdirir, istənilən yaş və zövqdən olan tamaşaçılar üçün uyğunlaşdırılıb və ölkədə ən etibarlı, balanslaşdırılmış və təhlükəsiz mediadır.