Telekomunikasiya tenderinin başa çatmasına qədər dövlət qulluqçuları köhnə tariflərdən istifadə edəcəklər
Telekomunikasiya tenderinin başa çatmasına qədər dövlət qulluqçuları köhnə tariflərdən istifadə edəcəklər

Telekomunikasiya tenderinin başa çatmasına qədər dövlət qulluqçuları köhnə tariflərdən istifadə edəcəklər. Müvafiq bəyanat Satınalmalar Agentliyinin vebsəhifəsində yerləşdirilib.

 

“Magticom” və “Geocell” ilə əvvəlki tender ilə müəyyən edilmiş müddət bu gün başa çatdı.

Yeni tenderə gəldikdə, ərizələrin qəbulu bu gün sona yetir. Lakin Tender Kommisiyası tərəfindən qalib şirkətin (şirkətlərin) aşkar edilməsinin nə zaman baş verəcəyi məlum deyil.

Xatırladaq ki, tender sənədində şərtlərin bir hissəsi dəyişdirilibdir. Dövlər idarələri əməkdaşları internet xidmətə daha artıq pul ödəməli olacaqlar. Məsələn əgər 15 geqabaytın qiyməti 4.99 lari idisə, yeni şərtlərlə bu qiymətə 5 geqabaytın alınması mümkün olacaq. 3.99 lariyə 5 Gb əvəzinə, 3 geqabaytın əldə edilməsi mümkün olacaq.

Tenderdə qalib gəlmiş şirkət təxminən 260 000 abunəçiyə xidmət edəcək.