"Telegraph" - Böyük Britaniya Ukraynaya Rusiyanın dərinliklərində uzaqmənzilli raketdən istifadə etməyə icazə vermir
"Telegraph" - Böyük Britaniya Ukraynaya Rusiyanın dərinliklərində uzaqmənzilli raketdən istifadə etməyə icazə vermir

 
Böyük Britaniya Ukraynaya Rusiyanın dərinliklərində Britaniyanın “Storm Shadow” tipli raketlərindən istifadə etməyə icazə vermir.

“Telegraph”ın yazdığı kimi, Ukraynanın Prezidenti Volodimir Zelenski icazə almaq üçün Londona təzyiq göstərir, hərçənd Britaniya hökumətində hələlik məsələ ilə bağlı düşüncələrini dəyişməyiblər.

Buna paralel olaraq, Volodimir Zelenski bir daha qərbli həmkarlarına müraciət edərək, Ukrayna Silahlı Qüvvələri tərəfindən Rusiyanın dərinliklərində uzaqmənzilli raketlərin istifadəsinə icazə verməyə çağırıb.

“Heç bir dəyişiklik olmayıb” – Britaniya hökumətindəki mənbə “Telegraph”a deyib.

Nəşrin yazdığı kimi, uzaqmənzilli raketlərin istifadəsi qərarını yalnız Britaniya verə bilməz, çünki “Storm Shadow” Fransada hazırlanır, bu da o, deməkdir ki, qərarı Paris də verməlidir.

Kiyevin Kursk vilayətinə hücum zamanı uzaqmənzilli “ATACAMS” raketlərindən istifadə etməyi Vaşinqtondan da xahiş etdiyi və yox cavabı aldığı da məlumdur.