Tələbələrin aksiya hüququ var, hərçənd, təhsil müəssisəsinə bu və ya digər siyasəti həyata keçirməməsini, yəhudi olduqları bəhanəsi ilə başqa tələbələrin auditoriyalara buraxmamasını əmr etmək, bu Fransa Respublikası deyil

Fransa prezidenti Emmanuel Makron tələbələrin fələstinlilərə dəstək aksiyalarına münasibət bildirdi.

Fransa mediasının yazdığı kimi, Emmanuel Makron hesab edir ki, tələbələrin etiraz aksiyaları keçirmək və öz fikirlərini bildirmək hüququ var.

“Hərçənd, təhsil müəssisəsinə bu və ya digər siyasəti həyata keçirməməsini, yəhudi olduqları bəhanəsi ilə güc tətbiqi və blokada ilə başqa tələbələrin auditoriyalara buraxmamasını əmr etmək,- bu, Fransa Respublikası deyil,” – deyə Makron bildirdi.

Məlumat üçün bildirək ki, ötən həftə Fransanın bir neçə ali təhsil müəssisəsində fələstinlilərə dəstək aksiyaları keçirildi. O cümlədən, “Sciences Po” və “Sorbonne” universitetində.